• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağış yağacaq, şimşək çaxacaq, duman olacaq

    22

    may

    Yağış yağacaq, şimşək çaxacaq, duman olacaq

    Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi və şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq.

    Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-

    18° isti olacaq.

    Tarix : 22-05-2025, 11:30 | Oxunub: 2 320