• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah Bakıda 29 dərəcə isti olacaq

    22

    may

    Sabah Bakıda 29 dərəcə isti olacaq

    Milli Hidrometeorologiya Xidməti mayın 23-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.


    Xidmətdən Ekologiya.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.


    Havanın temperaturu gecə 15-17, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.


    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

    Tarix : 22-05-2025, 13:45 | Oxunub: 2 312