• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

    26

    may

    Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb.

    Ekologiya.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Tarix : 26-05-2025, 16:15 | Oxunub: 200