• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Altıağac Milli Parkına haykinq turu təşkil olunacaq

    07

    iyn

    Altıağac Milli Parkına haykinq turu təşkil olunacaq

    Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası Altıağac Milli Parkına haykinq (piyada yürüş) turu təşkil edəcək.

    Ekologiya.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

    Bildirilib ki, turun keçirilməsində məqsəd ekoturizm fəaliyyətinin təşviqi və dayanıqlı turizmin inkişafına töhfə verməkdir.

    Tədbirlə bağlı ətraflı məlumat almaq və yürüşdə iştirak etmək istəyənlər Federasiya ilə əlaqə saxlaya bilərlər.

    Tarix : 7-06-2025, 18:20 | Oxunub: 1 720