Ana səhifə›
XƏBƏRLƏR
›
Şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib
XƏBƏRLƏR
Şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib
Ekologiya
AMP
Türkiyənin Amasya şəhərində 39 nəfər şənlik mərasimində qidadan zəhərlənib.Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.Məlumata görə, hadisə ötən gün axşam saatlarında, Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.Zərərşəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.Hadisə ilə bağlı araşdırma aparılır.