• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib

    12

    iyn

    Şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib

    Türkiyənin Amasya şəhərində 39 nəfər şənlik mərasimində qidadan zəhərlənib.

    Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

    Məlumata görə, hadisə ötən gün axşam saatlarında, Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

    Zərərşəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    Tarix : 12-06-2025, 10:20 | Oxunub: 2 008