• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Moskvadan Batumiyə uçan Rusiya təyyarəsi havada parçalanmağa başlayıb – fövqəladə eniş

    16

    iyn

    Moskvadan Batumiyə uçan Rusiya təyyarəsi havada parçalanmağa başlayıb – fövqəladə eniş

    Moskvadan Gürcüstanın Batumi şəhərinə uçan "Superjet-100" tipli sərnişin təyyarəsində uçuş zamanı texniki nasazlıq baş verib.

    Musavat.com xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra mühərrik hissəsində yerləşən kapot yerindən qoparaq havada parçalanıb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, təyyarə dərhal Vnukovo hava limanına geri qaytarılıb və təcili eniş həyata keçirilib.

    Rusiya mətbuatının məlumatına görə, ekipaj vəziyyəti peşəkarcasına nəzarətdə saxlayıb və sərnişinlər arasında panika yaşanmayıb. Təyyarə endikdən sonra texniki müayinəyə alınıb və hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.


    Hadisə "Superjet-100" modelinin istismarında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Ekspertlər oxşar halların son illərdə artdığını və texniki baxış proseslərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirirlər.

    Tarix : 16-06-2025, 17:55 | Oxunub: 9 712