• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dolu və leysanla bağlı əhaliyə xəbərdarlıq edildi

    30

    iyn

    Dolu və leysanla bağlı əhaliyə xəbərdarlıq edildi

    Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Tarix : Dünən, 15:10 | Oxunub: 104