Şirin su ekosistemləri həyatın mənbəyi və gələcəyimizin təminatıdır
Şirin su ekosistemləri – çaylar, göllər, bataqlıqlar və yeraltı su ehtiyatları davamlı inkişafın əsasıdır. Bu ekosistemlər təkcə içməli su ilə təmin etmir, həmçinin kənd təsərrüfatı, sənaye, enerji istehsalı, qida təhlükəsizliyi və sanitariya kimi həyati sahələrin davamlılığını təmin edir.
Ekologiya.az-a bildirilib ki, şirin su ekosistemləri planetimizin bioloji müxtəlifliyinin qorunmasında da mühüm rol oynayır.