• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şirin su ekosistemləri həyatın mənbəyi və gələcəyimizin təminatıdır

    30

    iyn

    Şirin su ekosistemləri həyatın mənbəyi və gələcəyimizin təminatıdır

    Şirin su ekosistemləri – çaylar, göllər, bataqlıqlar və yeraltı su ehtiyatları davamlı inkişafın əsasıdır. Bu ekosistemlər təkcə içməli su ilə təmin etmir, həmçinin kənd təsərrüfatı, sənaye, enerji istehsalı, qida təhlükəsizliyi və sanitariya kimi həyati sahələrin davamlılığını təmin edir.

    Ekologiya.az-a bildirilib ki, şirin su ekosistemləri planetimizin bioloji müxtəlifliyinin qorunmasında da mühüm rol oynayır. 

    Minlərlə bitki və heyvan növü bu mühitlərdə yaşayır və onların onların taleyi bizim suya necə yanaşmağımızdan asılıdır.

    Kifayət qədər, təmiz və əlçatan şirin suya çıxış hər bir insanın hüququdur. Su, insan həyatı, sağlamlığı, rifahı üçün əvəzolunmazdır. Bu gün dünyada su ehtiyatlarının azalması, çayların quruması, göllərin səviyyəsinin düşməsi və suyun keyfiyyətinin aşağı düşməsi bu ekosistemlərə və onlardan asılı olan insanlara birbaşa təsir edir. Suyun istifadəsində səmərəliliyin artırılması və israfın qarşısının alınması vacibdir.

    Tarix : Dünən, 20:04 | Oxunub: 256