Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şabranda dağlıq-meşəlik ərazidə baş verən yanğın məhdudlaşdırılıb
XƏBƏRLƏR

Şabranda dağlıq-meşəlik ərazidə baş verən yanğın məhdudlaşdırılıb


Şabran rayonunun Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.


Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən  bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

18:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonunun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Paylaş:
Tam mətni oxu →