Şabran rayonunun Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
18:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonunun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.