• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkədə COVID-19-un yeni ştamı yayıldı - TƏCİLİ XƏBƏRDARLIQ

    04

    iyl

    Ölkədə COVID-19-un yeni ştamı yayıldı - TƏCİLİ XƏBƏRDARLIQ

    Böyük Britaniyada COVID-19-un yeni ştamı sürətlə yayılmağa başlayıb.

    Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Stratus” adlanan bu ştamın XFG və XFG.3 adlı iki variantı mövcuddur.

    Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.


    Digər ştamlardan fərqli olaraq, “Stratus”un diqqətçəkən xüsusiyyəti onun özünəməxsus simptomudur. Bu ştama yoluxan insanlarda səsin batması və boğazda xırıltı müşahidə edilir.

    Adıçəkilən agentliyin baş epidemioloqu Aleks Allen bildirib ki, virusların zamanla mutasiyaya uğraması və dəyişməsi normaldır. “Biz bütün COVID-19 variantlarını yaxından izləməyə davam edirik”, - deyə o vurğulayıb.

    Tarix : Dünən, 20:30 | Oxunub: 552