• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu tarixdən külək olmayacaq - HAVA DÜZƏLİR

    06

    iyl

    Bu tarixdən külək olmayacaq - HAVA DÜZƏLİR

    Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.

    Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.

    Tarix : Bu gün, 14:21 | Oxunub: 1 288