• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Oğuzda ağac kəsiminə görə cinayət işi açılıb

    07

    iyl

    Oğuzda ağac kəsiminə görə cinayət işi açılıb

    Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.


    Qeyd edilir ki, keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

    Araşdırmalar davam etdirilir.

    Tarix : Bu gün, 18:10 | Oxunub: 136