• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hidrometeoroloqlar anomal istilərlə bağlı istanbullulara xəbərdarlıq ediblər

    08

    iyl

    Hidrometeoroloqlar anomal istilərlə bağlı istanbullulara xəbərdarlıq ediblər

    Bir neçə gündür ki, Türkiyə ərazisində, xüsusilə İstanbulda anomal istilər davam edir.

    Mütəxəssislər sabah şəhərdə havanın temperaturunun daha da artacağını proqnozlaşdıraraq vətəndaşların diqqətli olmaları ilə bağlı xəbərdarlıq ediblər.

    AZƏRTAC xəbər verir ki, Türkiyənin Hidrometeorologiya Baş İdarəsinin proqnozlarına əsasən, sabah İstanbulda havanın temperaturunun mövsüm normalarından yüksək olaraq 35 dərəcəyə çatacağı gözlənilir.

    Bildirilib ki, iyulun 9-da İstanbulda bu ilin ən isti günü ola bilər. Belə ki, şəhər mərkəzlərində və betonlaşmanın daha çox olduğu ərazilərdə 36 dərəcə ölçülən temperaturun 45 dərəcəyədək hiss edilməsi mümkündür.

    Tarix : Dünən, 19:50 | Oxunub: 112