• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN əməliyyat keçirdi, 90 nəfər saxlanıldı

    09

    iyl

    DİN əməliyyat keçirdi, 90 nəfər saxlanıldı

    Ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqədar 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

    Tarix : Bu gün, 11:02 | Oxunub: 136