Körpü çökdü, avtomobillər çaya düşdü - VİDEO
Hindistanın Qucarat ştatında körpünün çökməsi nəticəsində avtomobillər çaya düşüb.
Bakupost.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Həmçinin itkin düşənlər var.
Ölənlərin sayının artacağı ehtimal edilir.