• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyədə kütləvi zəhərlənmə

    13

    iyl

    Türkiyədə kütləvi zəhərlənmə

    Türkiyənin qərbində yerləşən Aydın vilayətindəki kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.

    Ekologiya.az-ın məlumatına görə, bu barədə DHA agentliyi xəbər verib.

    "Fabrikdə nahar etdikdən sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb", - agentlik bildirir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 13-07-2025, 10:46 | Oxunub: 1 248