• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Fermada güclü YANĞIN - Mal-qara tələf oldu

    15

    iyl

    Fermada güclü YANĞIN - Mal-qara tələf oldu

    Lənkəranda iş adamına məxsus ferma yanıb.

    "Report"un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

    Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

    2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

    Qısa müddətdə yanğın lokallaşdırılıb.

    Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

    Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

    Tarix : 15-07-2025, 10:11 | Oxunub: 1 720