Ana səhifə›
XƏBƏRLƏR
›
Fermada güclü YANĞIN - Mal-qara tələf oldu
XƏBƏRLƏR
Fermada güclü YANĞIN - Mal-qara tələf oldu
Ekologiya
AMP
Lənkəranda iş adamına məxsus ferma yanıb."Report"un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.Qısa müddətdə yanğın lokallaşdırılıb.Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.