Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şəkidə güclü yanğın olub
XƏBƏRLƏR

Şəkidə güclü yanğın olub


Şəki şəhərinin Aşağı Göynük kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlaması və 200 kiloqram taxıl yanıb.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Tam mətni oxu →