• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəkidə güclü yanğın olub

    25

    iyl

    Şəkidə güclü yanğın olub

    Şəki şəhərinin Aşağı Göynük kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlaması və 200 kiloqram taxıl yanıb.

    APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Tarix : 25-07-2025, 10:10 | Oxunub: 1 472