• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şirvan Milli Parkında flaminqolar müşahidə olunub

    02

    avq

    Şirvan Milli Parkında flaminqolar müşahidə olunub

    Şirvan Milli Parkında nadir və maraqlı hadisə qeydə alınıb. Son günlər parkın ərazisində 30-a yaxın flaminqo müşahidə olunub. 

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, flaminqolar ölkə ərazisində adətən sentyabr-oktyabr aylarında, yəni payız miqrasiyası dövründə müşahidə olunur. Şirvan Milli Parkında flaminqoların bu il daha tez müşahidə olunması cənubdan yuxarı istiqamətdə hərəkət edən və köç öncəsi yerdəyişmə edən quşların erkən miqrasiya prosesləri ilə əlaqəlidir.

    "Ümumiyyətlə flaminqolar hər il oktyabrın sonu, noyabrın əvvəlindən mart ayının əvvəlinədək əsasən Şirvan, Abşeron, Qızılağac və Ağgöl milli parklarının ərazisində müşahidə olunur".

    Tarix : 2-08-2025, 16:00 | Oxunub: 2 520