Ana səhifə›
XƏBƏRLƏR
›
Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı 5-ə çatdı
XƏBƏRLƏR
Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı 5-ə çatdı
Ekologiya
AMP
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb."Unikal"ın yerli bürosunun məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.***Goranboy sakini Kəlbəcərdə minaya düşüb.APA-nın yerli bürosunun məlumatına görə hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.