• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı 5-ə çatdı

    06

    avq

    Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı 5-ə çatdı

    Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

    "Unikal"ın yerli bürosunun məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

    Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

    ***

    Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

    O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 6-08-2025, 09:20 | Oxunub: 1 720