• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah 38 dərəcə isti olacaq

    30

    avq

    Sabah 38 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.   Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

    Tarix : 30-08-2025, 16:25 | Oxunub: 1 136