• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

    04

    sen

    Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bir müddət əvvəl yayılan xəbərlərə görə, Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən mühümü saatlıq əməkhaqqı sisteminin tətbiqidir.

    Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.

    Ekologiya.az xəbər verir ki, Modern.az dəyişikliklərin bu il tətbiq edilib-edilməyəcəyini dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

    Nazirlikdən bildirilib ki, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və s. ilə bağlı qanunverciliyə dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub və hazırda baxılmaqdadır.

    Əlavə olaraq qeyd edilib ki, bu layihələrlə bağlı yeniliklər olduqda məlumat veriləcək .

    Tarix : 4-09-2025, 15:50 | Oxunub: 1 096