Ana səhifə›
XƏBƏRLƏR
›
Günəşdə ard-arda iki partlayış baş verib
XƏBƏRLƏR
Günəşdə ard-arda iki partlayış baş verib
Ekologiya
AMP
Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb.Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb."3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə - A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış sinfi hesab olunur.**milli.az