• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Günəşdə ard-arda iki partlayış baş verib

    04

    noy

    Günəşdə ard-arda iki partlayış baş verib

    Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

    "3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

    Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə - A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış sinfi hesab olunur.**milli.az

    Tarix : 4-11-2025, 08:30 | Oxunub: 1 880