• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi

    27

    noy

    Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi

    Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

    Bu barədə Ekologiya.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

    Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

    Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.

    Tarix : 27-11-2025, 12:37 | Oxunub: 1 816