Ana səhifə›
XƏBƏRLƏR
›
Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi
XƏBƏRLƏR
Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi
Ekologiya
AMP
Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.Bu barədə Ekologiya.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.