• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi

    11

    dek

    Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi

    Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.

    Ekologiya.az milli.az-a istinadən xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.

    Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.

    Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.

    Ərazi özəl mülkiyyətdədir.

    Tarix : 11-12-2025, 08:49 | Oxunub: 2 392