• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO

    09

    yan

    Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO

    "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.

     

    Ekologiya.az  Baku TV-yə istinadən xəbər verir ki, fevralın 1-nə qədər bazar boşaldılmalıdır.

     

    Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.

     

    Bəs illərdir fəaliyyət göstərən "Keşlə bazarı"nın yeni ünvanı hara olacaq?

     

    "Dərnəgüldə yerləşən "Avrohom" tikinti malları bazarında yer ayrılıb. Hazırda orada bizim bazarın tikintisi gedir. Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!" - satıcı açıqlamasında bildirib.

     

    Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi "Yeni Keşlə bazarı" adlandırılacaq.

     

    Ətraflı süjetdə:

     


    Tarix : 9-01-2025, 15:45 | Oxunub: 2 848