Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi
XƏBƏRLƏR
Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi
Ekologiya
AMP
Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.Ekologiya.az milli.az-a istinadən xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.Ərazi özəl mülkiyyətdədir.