• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi yerlərdə yollar buz bağlayacaq- Xəbərdarlıq

    15

    dek

    Bəzi yerlərdə yollar buz bağlayacaq- Xəbərdarlıq

    Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

    Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

    Tarix : 15-12-2025, 14:15 | Oxunub: 1 656