• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu tarixdə Hava kəskin DƏYİŞİR, çaylarından daşqın və sel keçəcək - Dövlət xidməti xəbərdarlıq etdi

    11

    iyl

    Bu tarixdə Hava kəskin DƏYİŞİR, çaylarından daşqın və sel keçəcək - Dövlət xidməti xəbərdarlıq etdi

    İyulun 13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında iyulun 13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

    Tarix : 11-07-2024, 13:10 | Oxunub: 3 616