Ana səhifə›
XƏBƏRLƏR
›
ŞƏKİDƏ DƏHŞƏT! Canavar kəndə hücum etdi, 1 uşaq olmaqla 5 nəfər yaralanıb
XƏBƏRLƏR
ŞƏKİDƏ DƏHŞƏT! Canavar kəndə hücum etdi, 1 uşaq olmaqla 5 nəfər yaralanıb
Ekologiya
AMP
Şəkidə canavar kəndə hücum edib.Ekologiya.az xəbər verir ki, hadisə bu gün axşam saat 23 radələrində rayonunun Bideyiz kəndi ərazisində baş verib.Hücum nəticəsində ikisi qadın, 1-i uşaq olmaqla 5 nəfər xəsarət alıb.Xəsarət alan 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıraparılır.