• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ŞƏKİDƏ DƏHŞƏT! Canavar kəndə hücum etdi, 1 uşaq olmaqla 5 nəfər yaralanıb

    21

    dek

    ŞƏKİDƏ DƏHŞƏT! Canavar kəndə hücum etdi, 1 uşaq olmaqla 5 nəfər yaralanıb

    Şəkidə canavar kəndə hücum edib.

    Ekologiya.az xəbər verir ki, hadisə bu gün axşam saat 23 radələrində rayonunun Bideyiz kəndi ərazisində baş verib.

    Hücum nəticəsində ikisi qadın, 1-i uşaq olmaqla 5 nəfər xəsarət alıb.

    Xəsarət alan 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıraparılır. 



    Tarix : 21-12-2025, 12:09 | Oxunub: 1 568