• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Saray qəsəbəsində avtobusda baş verən yanğın söndürülüb

    24

    dek

    Saray qəsəbəsində avtobusda baş verən yanğın söndürülüb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonunun Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Nazirliyin mətbuat xidmətindən Ekologuya.az-a verilən məlumata görə, yanğınsöndürənlər avtobusda baş vermiş yanğını qısa müddətdə söndürüblər.

    Xəsarət alan yoxdur.

    Tarix : 24-12-2025, 13:02 | Oxunub: 1 632