• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda qanunsuz quraşdırılmış 11 köşk sökülüb

    04

    yan

    Sumqayıtda qanunsuz quraşdırılmış 11 köşk sökülüb

    Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

    Ekologiya.az-ın məlumatına görə, reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.

    Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək ərazidən götürülüb. Köşklər xüsusi texnikaların köməyi ilə daşınıb.

    Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.

    Tarix : 4-01-2026, 16:20 | Oxunub: 2 320