• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ətraf Mühitin Mühafizəsi İstiqamətində Reydlər Davam Etdirilir

    04

    iyn

    Ətraf Mühitin Mühafizəsi İstiqamətində Reydlər Davam Etdirilir

    7 saylı RETSİ-nin xidməti ərazisində ekoloji nəzarət tədbirləri davam etdirilir. 

    Ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ekologiya.az-ın əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində yerləşən Şəki, Zaqatala, Balakən, Qax və Oğuz rayonlarında müşahidələr aparıblar.

    Ekologiya.az bildirir ki, araşdırmalar zamanı qanunsuz fəaliyyət göstərən karxanalar müəyyən edilərək onların fəaliyyəti dayandırılıb. Aidiyyəti qurumlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

    Müşahidələr göstərir ki, regional idarənin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərini mütəmadi şəkildə davam etdirirlər. Xidmət ərazisində müntəzəm reydlər təşkil olunur, ekoloji hüquqpozmaların qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirilir.

    Bununla yanaşı, yerli sakinlərlə maarifləndirici görüşlər keçirilir, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji məsuliyyətin artırılması ilə bağlı məlumatlandırma işləri aparılır.

    Ekoloji tarazlığın qorunması və qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.

    Tarix : Bu gün, 12:26 | Oxunub: 992