Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb
XƏBƏRLƏR

Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb


Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikili yanıb.

Ekologiya.az-ın məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən və canlı qüvvə çəlb edilib. Yanğının qısa zamanda söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın söndürülən zaman tikilidə quş olmayıb.

Paylaş:
Tam mətni oxu →