• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb

    14

    yan

    Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb

    Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikili yanıb.

    Ekologiya.az-ın məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən və canlı qüvvə çəlb edilib. Yanğının qısa zamanda söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

    Məlumata görə, yanğın söndürülən zaman tikilidə quş olmayıb.

    Tarix : 14-01-2026, 09:43 | Oxunub: 1 928