• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Fövqəladə hallarda əhalinin köçürülməsinə bu qurumlar da cəlb ediləcək - Yeni qərar

    16

    yan

    Fövqəladə hallarda əhalinin köçürülməsinə bu qurumlar da cəlb ediləcək - Yeni qərar

    Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinin ikinci cümləsinə “onlar” sözündən sonra “hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra isə “ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilib.

    Tarix : 16-01-2026, 09:00 | Oxunub: 1 456