• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi - RƏSMİ

    27

    dek

    Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi - RƏSMİ

    Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

    Ekologiya.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb.

    Fərmanla “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözü əlavə olunub.

    Dəyişikliklə Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
    Qarabağ iqtisadi rayonunun tərkibinə - Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

    Tarix : 27-12-2023, 18:09 | Oxunub: 2 464