• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

    17

    yan

    Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


    DİN-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Tarix : 17-01-2026, 11:40 | Oxunub: 1 544