Tam versiya
Ana səhifə XƏBƏRLƏR Cəbrayıl və Zəngilanda qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır - FOTO
XƏBƏRLƏR

Cəbrayıl və Zəngilanda qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır - FOTO


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinə, Cəbrayıl şəhəri, eləcə də Horovlu və Cocuq Mərcanlı kəndlərinə yağan qarın xüsusi texnikalar vasitəsilə operativ şəkildə təmizlənməsi təmin edilib.


Xidmətdən verilən məlumata görə, sakinlərin təhlükəsiz hərəkəti üçün yaşayış binalarının, evlərin, inzibati binaların ətrafı qardan təmizlənib. Yolların açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülüb.


Paylaş:
Tam mətni oxu →