• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəbrayıl və Zəngilanda qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır - FOTO

    20

    yan

    Cəbrayıl və Zəngilanda qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır - FOTO

    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinə, Cəbrayıl şəhəri, eləcə də Horovlu və Cocuq Mərcanlı kəndlərinə yağan qarın xüsusi texnikalar vasitəsilə operativ şəkildə təmizlənməsi təmin edilib.


    Xidmətdən verilən məlumata görə, sakinlərin təhlükəsiz hərəkəti üçün yaşayış binalarının, evlərin, inzibati binaların ətrafı qardan təmizlənib. Yolların açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülüb.


    Tarix : 20-01-2026, 18:20 | Oxunub: 1 720