• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah rayonlarda güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

    26

    yan

    Sabah rayonlarda güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.

    Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

    Tarix : 26-01-2024, 20:15 | Oxunub: 3 298